Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Idman

Daşkəsən rayon Gənclər və İdman idarəsi 1994-cü ildən fəaliyyət göstərir.
Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində 2014-cü ildə Daşkəsən rayon Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışı olmuşdur. Mərkəzdə gənclər üşün hər cür şərait yaradılmışdır.
Uşaq Gənclər İdman Şahmat Məktəbində Yunan-Roma güləşi, voleybol, stolüstü tennis bölməsi, şahmat bölməsi fəaliyyət göstərir.
Rayon Gənclər və İdman idarəsi Daşkəsən rayon Heydər Əliyev meydanı -2 ünvanda yerləşir. Telefon (022) 215-30-50
E-mail- s.hesenov@hotmail.com

 

Daşkəsən rayon Gənclər və İdman İdarəsinin
2020-ci ilin I rübü ərzində gördüyü işlərə dair

A R A Y I Ş

Daşkəsən rayon Gənclər və İdman idarəsi 2020-ci ilin I rübü ərzində öz işini təsdiq olunmuş iş planına müvafiq olaraq həyata keçirmişdir. İdarə həmçinin Gənclər və İdman Nazirliyinin və rayon İcra Hakimiyyətinin əmr və sərəncamlarını vaxtlı-vaxtında icra etmişdir. Təsdiq olunmuş iş planına müvafiq olaraq hər ay üçün iş planı tərtib olunmuş və idarə işini onun əsasında qurmuşdur.
07 yanvar 2020-ci il tarixdə idarə tərəfindən ötən ilin yekunları və 2020-ci ilin birinci yarımili ərzində görüləcək işlər geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Gənclər siyasəti üzrə keçirilən tədbirlər və görüşlər gənclərin maarifləndirilməsinə, hərbi vətənpərvərlik ruhunun artırılmasına, istedadlı və yaradıcı gənclərin aşkar edilməsinə xidmət etmişdir.
13 yanvar 2020-ci il tarixdəDaşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Mən də bacararam!” layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlimin keçirilməsində əsas məqsəd regionlarda yaşayan gənclər arasında həyati bacarıqların təşviq olunması olmuşdur.
14-20 yanvar 2020-ci il tarixlərdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgiləri təşkil olunmuş və görüşlər keçirilmişdir.
20 yanvar 2020-ci il tarixdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yeinyetmə və gənclərlə birlikdə Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidləri anım və gülqoyma mərsimi keçirilmişdir.
30 yanvar 2020-ci il tarixdə “02 fevral Azərbaycan Gəncləri günü”nün 23-cü ildönümü münasibətilə rayon gəncləri ilə görüş keçirilmiş və 2019-cu il ərzində keçirilmiş mədəni-kütləvi tədbirlərdə fəal iştirak etmiş gənclər mükafatlandırılmışdır.
05 fevral 2020-ci il tarixdə Daşkəsən rayon Mədəniyyət Mərkəzində"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbiliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrası məqsədi ilə rayon gəncləri, eyni zamanda ilk dəfə səs verəcək gənclərlə maarifləndirici görüş keçirilmişdir.
24-26 fevral 2020-ci il tarixlərdə Daşkəsən şəhər Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi və İ.Nəsimi adına 1 №-li tam orta məktəbdəXocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımına həsr edilmiş fotostend, fotomontaj və rəsm sərgiləri təşkil olunmuşdur.
Keçirilmiş tədbirlərlə yanaşı idarə iş planına müvafiq olaraq hər ay şura iclası keçirmişdir. Belə ki, 2020-ci  ilin I rübü ərzində 3 şura məsələsinə baxılmışdır.      
22 yanvar 2020-ci il  tarixdə 2019-cu il üzrə rayon Gənclər və İdman idarəsinin fəaliyyətinin yekunlarına dair;
28 fevral 2020-ci il tarixdə yeniyetmə və gənclər arasında vətənpərvərlik  və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə;
12 mart 2020-ci il tarixdə istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarının artırılmasına dair görülmüş işlər barədə.
Bundan başqa idarənin növbəti ay ərzində görəcəyi işlər müzakirə olunmuş və aylıq iş planları hazırlanaraq təsdiq edilmişdir.
İdarə xüsusi olaraq təşkilatı məsələləri də diqqət mərkəzində saxlamışdır.

İdarə gənclər siyasətinə dair gördüyü işlərlə yanaşı bir sıra idman tədbirləri də həyata keçirilmişdir.
Belə ki, idarə Respublika yarışlarına hazırlıq məqsədi ilə 15 yanvar 2020-ci il tarixdə məşqçi müəllimlərin iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə idman növləri üzrə hər bir məşqçi-müəllimə  tapşırıqlar verilmiş, rayon idmançılarının yarışlarda idmanın Voleybol, FutbolStolüstü tennis, Şahmat, Atletika və Yunan-Roma güləşi üzrə iştirakı dəqiqləşdirilmişdir. Respublika ərazisində keçirilən müxtəlif miqyaslı yarışlarda rayon komandasının iştirak etməsi üçün idmançıların hazırlanması barədəməşqçi- müəllimlərə ciddi tapşırıqlar verilmişdir.
13-15yanvar 2020-ci il tarixlərdə Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbin idman zalında ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku” üzrə rayon birinciliyi keçirilmişdir.
16-17 yanvar 2020-ci il tarixlərdə Daşkəsən rayonUşaq Gənclər İdman Şahmat Məktəbində“02 fevral Azərbaycan Gəncləri günü” münasibətilə stolüstü tennis üzrə ümumtəhsil məktəbliləri arasında rayon birinciliyi keçirilmişdir.
28-29fevral 2020-ci il tarixlərdə Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbin idman zalında“05 mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə ümumtəhsil məktəbliləri arasında basketbolüzrə rayon birinciliyi keçirilmişdir.
05 mart 2020-ci il tarixdə rayonun idman ictimaiyyəti ilə birlikdə“05 mart Bədən tərbiyəsi və idman günü” qeyd olunmuş və fəal idmançılar mükafatlandırılmışdır.

Ümumiyyətlə idarə tərəfindən 2020-ci ilin I rübü ərzində keçirilən tədbirlər aşağıdakı kimi olmuşdur.
Gənclər sahəsi üzrə 6 dəfə gənclərlə müxtəlif görüşlər, tədbirlər keçirilmiş və bu tədbirlərə1321 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.
İdman sahəsi üzrə 3 idman  növü üzrə 4tədbir keçirilmiş və bu tədbirlərdə 225 nəfər idmançı iştirak  etmişdir.
Yuxarıda göstərilənlərdən əlavə olaraq idarə Respublika ərazisində keçirilən tədbirlərdə, yarışlarda rayon gənclərinin və idmançılarının iştirakını təmin etmişdir.
İdarə tərəfindən keçirilən bütün tədbirlər «Daşkəsən» qəzeti vasitəsi ilə daima rayon ictimayətinə çatdırılmışdır.

Müntəzəm idmanla məşğul  olanların  sayı -522 nəfərdir.
Bunlardan idman dərəcəli  idmançılar - 93 nəfərdir.
Narkoloji dispanserdə qeydiyyatda olan yeniyetmə və gənclərin sayı - 1 nəfər.
Məhkəmə məsuliyyətinə cəlb olunmuş yeniyetmə və gənclərin sayı – 2 nəfər.
Məşğulluq mərkəzində işsizlik statusu almış gənclərin sayı – yoxdur
Məşğulluq mərkəzi tərəfindən işlə təmin olunan gənclərin sayı -14 nəfər.
Yeni qurulan gənc ailələrin sayı - 2
Rayonu müxtəlif səbəblərə görə tərk edib qeydiyyatdan çıxan gənclər - 9 nəfərdir.

Daşkəsən rayon Gənclər və idman idarəsi öz işini bundan sonra da günün tələbləri səviyyəsində quracaq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, rayon İcra Hakimiyyətinin göstəriş və təlimatlarına uyğun olaraq davam etdirəcək, əmr və sərəncamlarını layiqincə yerinə yetirəcəkdir.


            Daşkəsən Rayon  Gənclər və
            İdman idarəsinin rəisi:                                                       S.F.Həsənov

Keçidlər