Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNLİ ŞƏHİD DƏFN EDİLDİ

11 mart 2019 | 16:00

Ötən gün İran-Azərbaycan sərhədindən sərhədini pozmaq istəyən silahlı qrupla atışmada həlak olan kiçik çavuş Səxavət Məmmədov dəfn edilib.
10.03.2019-cu il tarixdə saat  06-50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa çalışan silahlı terrorçuların qarşısını alan zaman 2017-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış, Daşkəsən rayonunun Təzəkənd kəndində 24.10.1999-cu ildə anadan olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu şəhid olmuşdur.
Şəhid Səxavət Məmmədov yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon Prokuroru və Polis rəisi, Göygöl rayonundan rəhbər şəxslər, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2019-cu ilin 10 mart tarixində saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilmişdir.
Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınmışdır.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilmişdir.
Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları almış, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanmışdır. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmamışdır.
Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar vermişdir.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşmüş və baş sağlığı vermişlər.
Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşlar.
Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılmışdır.

https://www.realtv.az/news/az/13007/shehid-torpaga-tapshirildi-video

Keçidlər