Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əhəd Abıyev sakinlərlə növbəti səyyar qəbulunu keçirdi

13 iyun 2018 | 16:00

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını maraqlanır.
Əhəd Abıyevin növbəti səyyar qəbulu bu gün rayonun Almalı kəndində keçirilib.
Görüşdə rayonun idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Əhəd Abıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi davam etdirildiyini bildirib.  O, ölkə rəhbərinin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. 
Əhəd Abıyev həmçinin qeyd edib ki, bu il Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Almalı kəndində modul tipli ümumi orta məktəbin tikintisi nəzərdə tutulub.
Səyyar qəbul zamanı müraciətlər kəndarası avtomobil yolunun, təbii fəlakət zamanı dam örtükləri yararsız hala düşmüş yaşayış evlərinin  təmiri, əraziyə yüksəksürətli internet və təbii qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlər barədə olmuşdur. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
  Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər