Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Muşavaq kəndində növbəti səyyar qəbulu keçirilib

06 iyun 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul Muşavaq kəndində olub.
Qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev əvvəlcə Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən son illər Muşavaq kəndində görülmüş işlər barədə danışaraq bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Əhəd Abıyev çıxışında Muşavaq kəndində tikilmiş 80 şagird yerlik ümumi orta məktəb binasının müasir standartlara cavab verdiyini və bu sahədə olan problemin tamamilə həll olunduğunu diqqətə çatdırıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. 
Sakinlər kənddaxili və kəndə gələn avtomobil yolunun cari təmir olunması, ev tikintisi üçün torpaq sahəsinin ayrılması, qaz xəttinin çəkilməsi və digər məsələlər barədə müraciətlər ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həll edilməsi məqsədilə əlaqədar qurumlara aidiyyəti tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər