Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə rayon İncəsənət məktəbinin şagirdləri tərəfindən yüksək səviyyəli hesabat konserti keçirilib

02 iyun 2018 | 16:00

İyunun 1-də Rayon İncəsənət məktəbinin şagirdlərinin kollektivinin hesabat konserti keçirildi.
Konsertdən öncə məktəbin direktoru Elxan Cabbarov çıxış edərək tədris ocağının 2017-2018-ci dərs ilində uğurlarından, məktəbin istedadlı şagirdlərinin bir çox respublika müsabiqələrdə iştirak etməsindən və yüksək yerlərə layiq görülməsindən danışdı. Vurğulandı ki, məktəbin budəfəki sənət hesabatı əlamətdar yubileylərə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə, görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə və eləcə də 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə təsadüf edir.
   Sonra İncəsənət məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olundu.
   Konsertdə  müxtəlif çalğı alətlərində Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Frederik Şopenin və başqa dünya şöhrətli bəstəkarların musiqiləri səsləndirildi.
  Çıxışlar alqışlarla qarşılandı.

Keçidlər