Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “İslam həmrəyliyinin təbliğində media ilə dini icmaların birgə əməkdaşlığına dəstək” mövzusunda tədbir keçirilib

24 iyul 2017 | 16:00

İyulun 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti və “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyinin təbliğində media və dini icmaların birgə əməkdaşlığına dəstək” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, "Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə görülən işlərdən söhbət açıb. E.Əliyev həmçinin rayonun dini durumu barədə məlumat verərək bildirib ki, həm ötən illərdə, həm də cari ildə ekstremist meyillər rayonda müşahidə olunmayıb və aparılan müxtəlif səviyyəli, eyni zamanda məqsədyönlü maarifləndirmə və digər tədbirləri öz bəhrəsini verməkdədir. 
“Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam həmrəyliyinin təbliğində media ilə dini icmaların birgə əməkdaşlığına dəstək” layihəsinin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
"Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov çıxışında qeyri-ənənəvi məzhəb və təriqətlərin ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə son illər dövlət səviyyəsində görülən işlərdən, gənc nəslin təlim-tərbiyəsində inanc məsələlərinə xüsusi diqqət ayrılmasının vacibliyindən danışıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov isə çıxışında idarənin rayon gəncləri arasında dini maarifləndirmə sahəsindəki tədbirlərinin xronikasını xatırladaraq, gələcək planlar barədə də məruzə edib.
Daha sonra çıxış edən Daşkəsən şəhər “Cümə” məscidinin axundu Fariz Hüseynov, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədr müavini Elman Məmmədov və icmanın sədri Hacı Ənvər Əliyev və başqaları gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyətinə toxunublar.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran müxtəlif məzmunlu suallar cavablandırılıb.

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər