Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 2017-Cİ İLİN BİRİNCİ YARISI UĞURLA YEKUNLAŞIB

21 iyul 2017 | 16:00

21 iyuldaDaşkəsən Rayon İcra Hakimiyyətinin  akt zalında “Daşkəsən rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açaraq hesabat məruzəsi ilə çıxış edib.
O, məruzəsində deyib:
- 2017-ci ilin birinci yarısı  da əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri  olmuşdur.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 12-də Prezident sarayında, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafınınyekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında birinci yarımilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ilin birinci yarısındada Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə  ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Prezident Möhtərəm cənab  İlham Əliyev iclası   giriş nitqi ilə açmışdır.
O demişdir:
...”Bütövlükdə Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib.
Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.
Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə  və    dünyada  sabitlik  məkanı kimi tanınır.  Əlbəttə  ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur.
Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır...
...Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir...”
Əvvala birmənalı olaraq bildirirəm ki, bu il Bakı şəhərində bir neçə beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycan Respublikasının Birinci viste-prezidenti xanım Mehriban Əliyevanın göstərdiyi xüsusi xidmətlərə və yüksək təşkilatçılığına bütün daşkəsənlilər adından dərin minnətdarlığımızı bildiririk! Çünki bunlar çox yüksək səviyyəli, qlobal tədbirlərdir.
Möhtərəm cənab Prezidentimiz daha sonra demişdir:
“...Bu da qlobal tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi.                                                                                          
Eyni zamanda Bakıda bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur.
Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir.
Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ   münaqişəsidir.   Əfsuslar   olsun  ki,  bu  ilin  birinci  yarısında  bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır...
...Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir...
...O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.                                                                                                    
Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq”...
...”Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.
Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir.
Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var.
Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.
Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir...                                                                                                     
...Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır.
Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr”...
Ölkəmizin hər yerində son illərdə geniş vüsət alan quruculuq və abadlıq işləri Daşkəsən rayonunun timsalında aydın görünür. 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Daşkəsənə tarixi səfərini daşkəsənlilər  bu gün də sevinc hissi ilə xatırlayırlar və biz indi də həmin səfərin doğurduğu yüksək xoş əhval-ruhiyyənin içərisindəyik. Səfər çərçivəsində cənab Prezident şəhərin mərkəzi meydanında ucaldılan Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoymuş, yeni qurulmuş Heydər Əliyev Mərkəzində olmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binasının, Avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışlarında iştirak etmişdir.                                                                                    
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2017-ci ilin 6 ayı ərzindəbir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.                                                                                           
Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrəxeyli  artmışdır.
Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
        Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır.
Daşkəsən səhərində yeni “Hotel” və “Restoran” istifadəyə verilmişdir.
Rayon Məhkəməsinin inzibati binası əsaslı təmir olunmuş,  Dövlət Notariat Kontoru və Rayon Qeydiyyat şöbəsi  yeni binaya köçürülmüşlər.
Daşkəsən Rayon Mərkəzi  Xəstəxana binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılmışdır.                
Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binasının  təmiri işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.                                                                                                 
Daşkəsən şəhərində tikinti-təmir, abadlıq işlərinə, o cümlədən istinad divarlarının təmir işlərinə başlanılmışdır. Şəhərin Heydər Əliyev prospektində və İ.Qayıbov küçəsində  istinad divarlarının mərmər və but daşları ilə əvəz olunması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən   qəsəbəsində  və  Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən  qəsəbələrində və Quşçu  kəndində  evləri qəza vəziyyətində  olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir.
Rayonun 8 kəndində polis sahə məntəqələrinin tikintisi işləri aparılır. 
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri  və  şəhid  ailələri  üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisiüçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, lakin  şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Yaponiyanın Azərbaycan Respublikasındakı  Səfirliyinin qrantı hesabına  “Yuxarı Daşkəsən qəsəbəsində İçməli Su Təchizatının Yaxşılaşdırılması” layihəsi başa çatmış və 26 iyul 2017-ci il tarixdə açılışı nəzərdə tutulub.
        Bildiyiniz kimi 19 may 2017-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət nəticəsində rayonda sosial obyektlərə,inzibati və yaşayış binalarına(Əsasən Daşkəsən şəhərində çoxmərtəbəli binaların dam örtüklərinə ciddi ziyan dəymişdir),fərdi yaşayış evlərinə,yol,elektrik,rabitə təsərrüfatlarına ziyan dəymişdir.Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə  işlər görülmüşdür.
Altı ay ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 16 mart 2017-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
Rayon təhsil şöbəsinin işçilərinin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə İcra Hakimiyyətinin keçmiş inzibati binası əvəzsiz olaraq təhsil şöbəsinə verilmişdir.
2016-2017-ci tədris ilində  ümumtəhsil məktəblərinin XI siniflərində 230 şagird təhsil  almışdır.   Buraxılış imtahanlarından müsbət yekun qiymətlər  aldıqları üçün  224 nəfər şagird  orta məktəbi  müvəffəqiyyətlə  başa vurub  orta təhsil haqqında attestat almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan     40  nəfər  məktəbli  “Ölkəmizi  tanıyaq” maarifləndirici  tur-aksiyası çərçivəsində 23-26 mart 2017-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
Nəzərinizə çatdırım ki, gələn il Daşkəsən səhərinin salınmasının 70 illiyi tamam olur. Bununla bağlı müvafiq kompleks tədbirlər planı işlənib hazırlanmalı və hazırlıq işləri görülməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə “Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə  tutulmuşdur.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu  bölmələrində qeyd edilmişdir.                                                                                                 
Cari ilin yanvar ayının 30-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Konfransda dövlət başçısı bildirib: “Məmurlar rüşvətxorluqla məşğul olmamalıdır. Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda  həmin istiqamətdə müvafiq  işlər görülür.
05 iyun 2017-ci il tarixdən 04 iyul 2017-ci il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir.  “ASAN xidmət”in xidmətlərindən 2168 nəfər yararlanmışdır.                                                                                     
“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara  göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.                   
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev    Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafınınyekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: ”Ən gəlirli sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də maraq böyükdür. Əfsuslar olsun ki, biz hələ böyük ixrac potensialına malik deyilik, bu, mövsümdən-mövsümə dəyişir. Statistik göstəricilərə diqqət yetirəndə görürəm ki, biz bəzi illərdə öz tələbatımızı ödəyə bilmirik. Bəzi illərdə isə başabaş çıxırıq. Ona görə kartofçuluğun da inkişafı prioritet olmalıdır. Çünki kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də xüsusi diqqət göstərilməlidir.
Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə,cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq. Heyvandarlıq iki faizdən çox artıb. Onu da deyim ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var. Ümid edirəm ki, onların fəaliyyəti nəticəsində kəskin artım olacaq”...
Rayonda 2 kartofçuluq üzrə toxumçuluq  və 1 damazlıq mal-qara təsərrüfatı  fəaliyyət göstərir. Toxumçuluq və damazlıq təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.
2017-ci  ilin məhsulu üçün 740 hektar sahədə taxıl səpilmişdir. 
Cari ilin keçən dövrü ərzində rayon ərazisində 1308,4  hektar sahədə kartof,83 hektar sahədə kələm,66,4 hektar sahədə lobya,33 hektar sahədə  arpa və 4 hektar sahədə  qarğıdalı əkilmişdir.                                                                                             
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 1 kənddə (Quşçu) süni mayalanma məntəqəsi fəaliyyət göstərir. 2017-ci ilin 6 ayı ərzində 117 baş süni mayalandırılmış   heyvanlardan 41 baş buzov alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2017-ci ilin fevral ayının 15 -dən 15 may 2017-ci il tarixə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil   edilmişdir.    Həmin    tapşırığa    əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq  əhali qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi  və  rayonun  idarə,  müəssisə  və  təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir.
Bu müddət ərzində 22019 nəfər tibbi müayinədən keçmiş,                                                                                                  40 nəfər  müxtəlif  xəstəliklərdən  Bakı  şəhərinə  göndərilmiş,  240 nəfər                                                                                               Daşkəsən rayon mərkəzi xəstəxanasının  stasionar müalicəsinə cəlb olunmuş, 402 nəfərə isə ambulator müalicə yazılmışdır.
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Cari ilin iyun ayının 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.Yığılan qan ehtiyyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya,hemofiliya və digər xəstəliklərdən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
Böyük fərəh hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 17 aprel 2017-ci il tarixdə Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində demişdir: “Biz təbii ki, öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. Bu istiqamətdə də işlər ardıcıl gedir. Azərbaycanın zəngin təbii ehtiyatları var. Bizim təbii ehtiyatlarımız təkcə neftlə, qazla məhdudlaşmır. Bizim qızıl yataqlarımız var və bir müddət bundan əvvəl “AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılmışdır. Artıq o, həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır. Dövlət əlbəttə ki, öz dəstəyini göstərir, göstərəcək ki, “AzerGold” dünya səviyyəli bir mədənçilik şirkətinə çevrilsin.

Bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməmişdir. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif  təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt  gəlib  çatıb ki, bu  məsələ ilə bağlı ciddi addımlar atılsın.                                                                               
Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir”.
Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza göstərdiyi daimi diqqət və qayğıya görə ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Bildiyiniz kimi, “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.    Müəssisənin     işə    salınması     üçün   Rayon   İcraHakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırıolaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılırdı. Bu müəssisə işə düşdükdən sonra Daşkəsən rayonunda olan işsizlik problemi həll ediləcək və digər qonşu rayonlardan da burada işləməyə gələnlər olacaqdır.                                                                                                   
Müəssisənin səmərəsiz fəaliyyəti üzündən hətta onun tullantılarından lazım gəldikdə rayonun təmir işlərində istifadəyə belə imkan vermirdi.
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin      səhmlərinin   investisiya     müsabiqəsi           vasitəsilə özəlləşdirilməsi üzrə müsabiqə komissiyası yaradılmış və müsabiqə komissiyasının iclasları keçirilmişdir.                                                                                                
Cari ilin keçən dövrü ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Çovdar Filiz Emalı Sahəsi və Azərbaycan Şəkər İstehsalat Birliyi  İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətlərini  davam etdirmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu “AzerGold” Qapalı     Səhmdar    Cəmiyyəti  yaradılmışdır.  Möhtərəm  cənab  Prezidentin  26 may 2016-cı  il  tarixli  sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar  Cəmiyyətinin idarə heyətinə yeni sədr təyin edilmişdir.
Cari  ilin  keçən  dövrü  ərzində  “AzerGold”  QSC “Çovdar” filiz emalı sahəsində istehsal edilmiş 72 ədəd qızıl-gümüş tərkibli xəlitəni saflaşdırılması və satılması məqsədi ilə İsveçrənin “Argor-Heraeus” şirkətinə göndərib.
    Şirkətdən verilən məlumata görə, saflaşdırılan qızıl və gümüş beynəlxalq birjada satılaraq dövlət şirkətinə milyonlarla gəlir qazandırıb. İxrac olunan xəlitələrin ümumi çəkisi 1283 kiloqramdır ki, bunun 16,3 min unsiyasını qızıl, 22,2 min unsiyasını gümüş təşkil edir. Qeyd olunan miqdarda qiymətli metalın satışından 20,905 mln. dollar (35,6 mln. manat) gəlir götürülüb.
Qeyd edək ki, “AzerGold” QSC ilk qızıl və gümüş ixracını may ayında 66 ədəd xəlitə ilə həyata keçirib. Cəmiyyət birinci partiyada 16 min unsiya qızıl və 24 min unsiya gümüşü sataraq 20,118 mln. ABŞ dolları (34, 200 mln. manat) miqdarında vəsait əldə etmişdi.
Daşkəsən rayonunun “Çovdar” filiz mədənində ixrac üçün hasil olunacaq qızıl və gümüş xəlitələrin miqdarının 2017-ci ilin sonunadək 160 min unsiyaya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) çatdırılması planlaşdırılır ki, bu da qiymətli metalların cari qiymətlərini nəzərə alsaq 85 mln. ABŞ dolları (təqribən 145 mln. manat) təşkil edir.
2017-ci ilin  6 ayı  ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 126800 manat həcmində rabitə xidməti göstərilmişdir. Quşçu kənd EATS-dən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Çovdar Filiz Emalı Sahəsinə 8,5 km yeni optik xətt çəkilmişdir.
  Zəylik, Qaraqollar, Əhmədli,Qabaqtəpə, Xoşbulaq,Yuxarı Daşkəsən, Quşçu, Bayan,Dəstəfur  kənd EATS-lərində rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə profilaktiki işlər görülmüşdür.

Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli   internet    istifadəçilərinin    sayının    artırılmasına   və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.

2017-ci ilin  6 ayı  ərzində 31 nömrəli Yol İstismarı MMC tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki,  yolların  saxlanması və təmiri üzrə 515,1 min  manatlıq iş görülmüşdür.

Bildiyiniz kimi Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi isə 8 m olan körpülərin   tikintisi başa çatdırılaraq 2015-ci ildə istifadəyə verilmişdir. Həmin körpülər 2016-cı ilin güclü payız və 2017-ci ilin yaz leysan yağışlarından uğurla çıxmışdır.
“Yeni Daşkəsən“ ideyası rayonun yüksəlişindən və cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının, körpülərinəsaslı    təmiri     üzrə Daşkəsən   RayonİcraHakimiyyətitərəfindən  Respublika Nazirlər     Kabinetinə, Baş Nazirə   kompleks layihə  təklifləri işlənib təqdim olunmuşdur.
3300 nəfər əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda   Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi “Azərbaycan  Respublikası  regionlarının   2014-2018-ci  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilmişdir. Artıq  bu  günlərdə  həmin  tədbirin  həyata keçirilməsi barədə müvafiq sərəncamın verilməsi gözlənilir.
Daşkəsən rayonunda  enerji daşıyıcılarından və içməli sudan  səmərəli istifadə edilməsi və onların  dəyərinin ödənilməsi üzrə rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir.                                                                                       
Əhalinin  elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə  daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.

       2017-ci ilin  6 ayı ərzində istehlakçılara  10,7 milyon kVt/saat  elektrik enerjisi verilmiş, dəyəri 70,1%   (2016-cı ilin 6 ayında 68,5%), əhali qrupu üzrə ödəmə isə 99,1% (2016-cı ilin 6 ayında 98,2%) ödənilmişdir.
      Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən 32 ədəd transformator cari təmir edilmiş 6,1 kilometr elektrikverici xətlərdə təmir işləri aparılmış,yeni yarımstansiyaların şəbəkəyə qoşulması üçün 36 ədəd metal dayaq basdırılmış, yararsız 141 ədəd dayaq, 5825 metr  naqil yenisi ilə əvəz olunmuş,4751 metr müxtəlif markalı kabel çəkilmiş və  transformatorlara və  yağ  tutumlu  avadanlıqlara  520  kiloqram  transformator  yağı  əlavə olunmuşdur.İstifadə olunan elektrik enerjisinin uçotunun dədiqləşdirilməsi  üçün 66 ədəd yarımstansiyada balans sayğacı quraşdırılmışdır.
Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində  qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 7 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
       2017-ci ilin 6 ayı ərzində rayonun   Qazaxyolçular kəndində 85, Qaraqollar kəndində isə 95 abonent təbii qazla təmin olunmuşdur. Xoşbulaq kəndinə isə təbii qaz xəttinin çəkilişi davam edir.
Qaz Xidmət Sahəsi üzrə 2017-ci ilin  6 ayı ərzində əhaliyə  verilən təbii qazın dəyərinin ödənilməsi 106,8%,  ümumi ödəmə  üzrə isə göstərici 89,7% olmuşdur. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2017-ci ilin  6 ayı ərzində istifadə olunmuş suyun  dəyərinin ödənilməsi əhali qrupu üzrə 84,5%,  ümumi ödəmə  üzrə isə göstərici 86,8% təşkil etmişdir.3.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmış və  bu layihə üzrə bir sıra işlər görülmüşdür.
Həmin layihənin bu ilin sonuna kimi başa çatması nəzərdə tutulmuşdur. Mövcud iqlim şəraiti nəzərə alınaraq həmin sahə üzrə işlərin   sürətləndirilməsi   vacibdir.   Bu   mühüm  tədbirin  başa  çatmasınəticəsində Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaqdır.                                                                                                   
      Rayon ərazisində  daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on dörd il ərzində  uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə  ölkəmizdəki  sabitlik,  sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri  bölgələrdə vətəndaşları qəbul edir, onların  qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması  məqsədilə  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 08 iyun 2017-ci il  tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux  rayonlarından olan vətəndaşları;14 iyul 2017-ci il tarixdə Ədliyyə Naziri  Fikrət Məmmədov Daşkəsən şəhərində Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul  etmişlər.
23 iyun 2017-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilmişdir.Həmin tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirak etmişdir.             
Qarşımızda çox məsul və şərəfli  vəzifələr durur.İyulun 12-də Prezident sarayındaAzərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2017-ci ilin birinci yarısınınsosial-iqtisadi inkişafın
yekunlarınavə   qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində   demişdir: “...Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik                                                                                və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərəkfəal olsunlar.
Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var.  Bəzi hallarda  investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzBən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın...
...Bir daha qeyd etmək istəyirəm ki, bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası, o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq”...
İcazə verin, Azərbaycan  Respublikasının  möhtərəm Prezidenti  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək,  bütün  qüvvəmizi  səfərbər edib, var gücümüzlə çalışacağıq.
Yaşasın müstəqil Azərbaycan!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əbədi eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında rayon üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və digərləri çıxışlar etmiş,qarşıda duran vəzifələrin icrasından danışmış, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Müzakirə olunan məsələlərlə əlaqədar olaraq yığıncaqda qərar qəbul edildikdən sonra toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
 

Keçidlər